• cümə axşamı, 25 aprel, 13:08
  • Baku Bakı 23°C

Ağsu rayonunda 33 min 925 hektar sahədə payızlıq taxıl əkilib

05.01.17 11:00 1215
Ağsu rayonunda 33 min 925 hektar sahədə payızlıq taxıl əkilib
Ağsu rayonunda payızlıq taxıl səpini başa çatıb.
Rayon statistika idarəsindənAZƏRTAC-a bildirilib ki, cari payızda bölgədə 33 min 925 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 18 min 156 hektarı buğda, 15 min 769 hektarı isə arpadır. Builki mövsümdə buğda əkini sahələri xeyli artırılıb.
Rayonun Gəgəli, Kəndoba, Ərəbuşağı, Qaraqoyunlu, Ərəbsarvan və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər daha çox sahələrdə səpin aparıblar.
Erkən taxıl əkilən sahələrdə vəziyyət normaldır. Hazırda gəmiricilərə qarşı mübarizə tədbirləri görülür.
banner

Oxşar Xəbərlər