• cümə, 19 Aprel, 10:16
  • Baku Bakı 13°C

Astarada ekoloji maarifləndirmə mövzusunda silsilə tədbirlər keçirilib

14.09.16 13:11 922
Astarada ekoloji maarifləndirmə mövzusunda silsilə tədbirlər keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən «Ətraf mühitin məişət tullantılarından təmizlənməsi məqsədi ilə yerli bələdiyyələr arasında maarifləndirmə işlərinin aparılması» mövzusunda layihənin icrası davam etdirilir.
İctiami Birlikdən verilən məlıumatda qeyd olunur ki, iyul ayından icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lerik və Astara rayonlarının 30-dan artıq dağ kəndini əhatə edən bələdiyyələrin ərazisində həyata keçirilir. Layinənin ikinci mərhələsi avqust-sentyabr aylarında Astara rayonunda icra olunub. Rayonun ucqar bölgəsində -Hirkan Milli Parkının ərazisinə daxil olan və rayon mərkəzindən 20-40 km məsafədə yerləşən Kijəbə, Səncərədi, Şuvi, Pensər və Suparibağ kənd bələdiyyələrində təşkil olunan seminarlar bələdiyyə üzvləri və kənd sakinləri tərəfindən maraqla dinlənilib. Tədbirlərdə çıxış edən natiqlər ətraf mühitin məişət tullantılarından təmizlənməsi, meşələrimizin mühafizəsi, ekoloji tarazlığın bərpasında yerli bələdiyyələrin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd ediblər.
Bildirilib ki, Astara rayonunun ərazisindəki meşələrdə adı ölkəmizin «Qırmızı Kitabı»na düşmüş nadir ağac növləri bitir.Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdurlar. Dəmirağacı, azat, ipək akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şümşadı, haqlı olaraq, cənub bölgəsinin florasının inciləri sayılırlar.Astara meşələrində, həmçinin, çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Zəngin flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı ölkəmizin zəngin təbiət müzeyi hesab olunur. Lakin , təəssüflər olsun ki, yerli sakinlər tərəfindən meşələrin,eləcə də yol kənarlarının və çay hövzələrinin məişət tullantıları ilə çirkləndirmələri rayonun ekoloji mühitinə öz mənfi təsirini göstərir.Rayonda müxtəlif infeksiya xəstəliklərinin yaranmasına səbəb olur. Zibil yeşiklərinin azlığı ucbatından əhalinin məişət tullartılarını hara gəldi atmasının məqsədəuyğun olmaması, bununla bağlı qanunvericilikdə cərimələrin tətbiqinin nəzərdə tutlması diqqətə çatdırılıb. Rayonun kəndlərinin zibil yeşikləri ilə təmin olunması üçün bələdiyyələrin müvafiq təşkilatlar qarşısında məsələ qaldırmalarının zəruriliyi bildirilib.
Çıxışlarda həmçinin , meşələrin insan həyatı üçün ən önəmli komponent olan oksigeni istehsal edən nəhəng «təbii müəsisə» olduğu da qeyd olunub və bu müəssisənin fəaliyyətinin davamlı olması üçün hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. İctimai Birlikdən verilən məlumatda qeyd olunur ki, layihə çərçivəsində bundan əvvəl Lerik rayonunun ucqar dağ kəndlərini əhatə edən Günəşli, Sivəkəran və Piran bələdiyyələrində də analoji seminarlar keçirilib.
Seminarlar bələdiyyə üzvləri və kənd sakinləri tərəfindən maraqla qarşılanıb.
banner

Oxşar Xəbərlər