• cümə, 19 Aprel, 15:47
  • Baku Bakı 25°C

Astarada 13 yaşlı uşaq qəza törətdib: 1 ölü, 1 yaralı

22.08.13 13:23 1720
Astarada 13 yaşlı uşaq qəza törətdib: 1 ölü, 1 yaralı
Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin müfəttişi İlqar Rəhimzadənin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb.
Astara rayon sakini, 2000-ci il təvəllüdlü Şamil Rafiq oğlu Əsədullayevin idarə etdiyi 15 BB 515 dövlət nömrə nişanlı, “VAZ-2106” markalı avtomobillə rayonun Kolatan kənd sakini, 1981-ci il təvəllüdlü Taleh Ağamirzə oğlu Əliyevin idarə etdiyi Rusiya nömrə nişanlı, “Passat” markalı minik avtomobili toqquşub.
Güclü zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayıb.
“Passat”ın sərnişini, Masallı rayonunun Bədəlan kənd sakini, 1972-ci il təvəllüdlü Rasif Xanlar oğlu Gözəlov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə zamanı “Passat”ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
İlkin versiya kimi, qəzaya hər iki avtomobilin yüksək sürətlə idarə olunması və düzgün manevr seçməməsi səbəb göstərilir.
Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər