• cümə axşamı, 25 aprel, 04:44
  • Baku Bakı 19°C

Astara stansiyasından İran sərhədinə çəkilən birxətli yolla ilk qatar hərəkət edib - Fotolar

09.11.16 11:37 1043
Astara stansiyasından İran sərhədinə çəkilən birxətli yolla ilk qatar hərəkət edib - Fotolar
Azərbaycan və İran dəmiryolçuları Astara çayı üzərində tikilən körpüdə - sərhəddə görüşüblər
Bu gün Azərbaycan və İran dəmiryolçuları Astara çayı üzərində tikilən körpüdə - sərhəddə görüşüblər.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Mətbuat Katibliyinin rəisiNadir ƏzməmmədovunAPA-ya verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi Azərbaycan heyəti Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km yolu ilə ilk dəfə dizel qatarla Astara çayı üzərində tikilən körpüyə, İran İslam Respublikasının Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayinin rəhbərlik etdiyi nümayəndə heyəti körpünü keçərək Azərbaycan tərəfinə gəlib.
Görüşdə C. Qurbanov deyib ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları "Şərq-Qərb” və "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir. 20 aprel 2016-cı ildə Azərbaycanı ilə İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinə başlanıb. Artıq 8,3 km uzunluğunda yeni dəmir yolu xətti hazırdır. Bu yol boy 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır. Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilmiş, körpünün üstü betonlanmış, məhəccərlər qoyulub. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların quraşdırılması prosesi gedir.
Sonra nümayəndə heyətləri İran tərəfdə tikintisi gedən yük terminalının baxış keçiriblər və 1,3 km yolun torpaq yatağında görülən işlərlə tanış olublar. C. Qurbanov İran kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırıb. Sonda görüş iştirakçıları birlikdə Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yoluna baxış keçiriblər. İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Azərbaycan tərəfindən görülən işləri yüksək qiymətləndirib.
Qeyd edək ki, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.






banner

Oxşar Xəbərlər