• cümə, 29 Mart, 09:07
  • Baku Bakı 5°C

Astara gömrüyündə iş vaxtı artırılacaq

18.05.17 19:10 1428
Astara gömrüyündə iş vaxtı artırılacaq
Astara gömrük keçid məntəqəsində iş vaxtı artırılacaq.

APA-nın cənub bürosuna bu barədə Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev məlumat verib.

Onun sözlərinə görə, gömrük keçid məntəqəsində gediş-gəlişin daha rahat təşkil olunması məqsədilə iş vaxtının uzadılması istiqamətində işlər görülür: "Hazırda gömrük işçiləri nahar fasiləsi olmadan çalışırlar. Zərurət yarandığı halda, qarşı tərəflə danışıqlar aparılaraq iş vaxtı da uzadılır”.
banner

Oxşar Xəbərlər