• cümə, 29 Mart, 10:57
  • Baku Bakı 5°C

“Astara dəmir yolu yükləmə terminalı layihəsinin icrası tezləşdirilməlidir”

01.08.20 14:23 684
“Astara dəmir yolu yükləmə terminalı layihəsinin icrası tezləşdirilməlidir”
Şimal-cənub dəhlizində Astara dəmir yolu yükləmə terminalı layihəsinin icrası tezləşdirilməlidir.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü və İranın Azərbaycana təyin olunmuş yeni səfəri Abbas Musəvi deyib.
Astara dəmir yolu yükləmə terminalı, gömrük və limanına baxış keçirən A.Musəvi deyib ki, bu haqda Azərbaycan rəsmiləri ilə danışıqlar aparılıb. Onun sözlərinə görə, İranda icraçı orqanlar layihənin tezləşdirilməsi üçün çalışmalıdır. A.Musəvi bildirib ki, bu layihə ticari cəhətdən çox önəmlidir və ciddi iradə ortaya qoyulmalıdır.
O qeyd edib ki , layihəni tezləşdirmək üçün Azərbaycan rəsmiləri ilə danışıqlar davam etdiriləcək.
A.Musəvinin sözlərinə görə, Astara şəhəri dəmir yolu, maqistral və dəniz yoluna sahib olduğundan İran İslam Respublikası üçün önəmlidir. XİN sözçüsü deyib ki, Astara-Rəşt dəmir yolu xəttinin tikintisi də məsul şəxslərin diqqətindədir.
Astara Gömrük idarəsinin rəhbəri Rəsul Ümidi Abbas Musəvi ilə görüşdə bildirib ki, Astara dəmir yolu yükləmə terminalı 60 hektar ərazidə yerləşir: "Layihə çərçivəsində neft və buğda terminalı da istifadə olunacaq".
R.Ümidi deyib ki, sutkada 25 vaqon yük Astara dəmir yolu vasitəsilə idxal-ixrac əməliyyatı aparır. Astara-Astara dəmir yolu xətti vasitəsilə Orta Asiya və Avtopa ölkələri arasında iqtisadi əməkdaşlıqlar inkişaf etdiriləcək.
banner

Oxşar Xəbərlər