• cümə, 29 Mart, 17:17
  • Baku Bakı 14°C

Astanada keçirilən kitab sərgisində erməni təxribatının qarşısı alınıb

25.04.18 19:21 650
Astanada keçirilən kitab sərgisində erməni təxribatının qarşısı alınıb
Qazaxıstanın paytaxtı Astanada keçirilən III Avrasiya Beynəlxalq Kitab Sərgisində ermənilər növbəti dəfə təxribata əl atıblar.
AZƏRTACxəbər verir ki, Ermənistan guşəsində guya azərbaycanlılar tərəfindən ermənilərə qarşı törədilmiş qətliamlardan bəhs edən kitablar, habelə Azərbaycan ərazisinin təhrif olunduğu müxtəlif xəritələr nümayiş olunurdu.
Azərbaycanın Qazaxıstandakı səfirliyi sərgi rəhbərliyinə və təşkilatçılara etiraz edib. Azərbaycan tərəfinin haqlı etirazına əsasən qeyd olunan kitablar və xəritələr erməni stendindən yığışdırılıb. Təşkilatçılar erməni tərəfinə lazımi xəbərdarlıq ediblər.
banner

Oxşar Xəbərlər