Astana rəsmi olaraq Nursultan adını alıb
Qazaxıstan parlamentinin Aşağı və Yuxarı palatalarının birgə iclasında paytaxt Astana şəhərinin Nursultan adlandırılması barədə qanun layihəsi qəbul edilib.
AZƏRTACxəbər verir ki, Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev paytaxtın adının dəyişilməsi barədə qərar verib.
İndi Astana rəsmi olaraq Nursultan adını alıb.