• cümə, 29 Mart, 03:20
  • Baku Bakı 7°C

Ağstafada karantin qaydalarını pozan 24 nəfər cərimələnib

28.10.21 11:59 401
Ağstafada karantin qaydalarını pozan 24 nəfər cərimələnib
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda sürücülərin COVID-19 pasportunun olub-olmaması tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər.
Daxili İşlər NazirliyindənKaspi.az-a verilən məlumata görə, keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən 14 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.
Bundan başqa, rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcə də əhalinin sıx olduğu yerlərdə də nəzarət-profilaktiki təbirlər keçirilib. Polis əməkdaşları tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunmaqla yanaşı, COVID-19 pasportu tələb olununan məkanlarda müştəri və işçi personallarının vaksinasiya olub-olunamasını yoxlayıb. Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.
Monitorinq tədbirləri fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə davam etdirilib. Görüş zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. İşçi personalın vaksinasiya pasportları yoxlanılıb, onların xidmət zamanı hansı qaydalar ilə xidmət göstərməsi bildirilib. Mərasimə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.
banner

Oxşar Xəbərlər