• cümə axşamı, 18 aprel, 09:23
  • Baku Bakı 12°C

Ağstafada iki ağır yol qəzası: 3 yaralı

20.06.13 14:31 1345
Ağstafada iki ağır yol qəzası: 3 yaralı
Milli.Az Türkel TV-yə istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 454-cü kilometrliyində Ağstafa rayonu ərazisində baş verib. Belə ki, Ağstafa rayon sakinləri, 28 yaşlı Seymur Şamilovun idarə etdiyi avtomobil 22 yaşlı Şahmar Qasımova məxsus maşınla toqquşub. Qəzada xəsarət alan sürücülər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Ağstafa rayonu ərazisində növbəti yol qəzası isə Ağstafa-Köçəsgər avtomobil yolunun 2-ci km-də, Vurğun qəsəbəsi ərazisində baş verib. Novruz Abdullayevin idarə etdiyi “Jiquli” markalı avtomaşın idarə etməni itirərək yol kənarına yuvarlanıb. Sürücü xəsarət alaraq rayon mərkəzi xəstəxanasına gətirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər