• çərşənbə axşamı, 19 mart, 07:08
  • Baku Bakı 8°C

Ağstafada avtomobil aşıb, xəsarət alanlar var

08.07.17 22:30 1677
Ağstafada avtomobil aşıb, xəsarət alanlar var
Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Poylu qəsəbəsinə gedən yolda baş verib. Stansiya Poylu qəsəbə sakini 1989-cu il təvəllüdlü Nemətəliyev Anar Yusif oğlunun idarə etdiyi "VAZ 21015” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü və sərnişin Stansiya Poylu qəsəbə sakini 1993-cü il təvəllüdlü Rzayev Elton Natiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər