• cümə, 29 Mart, 17:31
  • Baku Bakı 14°C

Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb

20.08.17 22:33 1646
Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb
Ağstafa rayonunda 3 ev yanıb. Xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib. Qazax rayonunda toyda olan ev sakinlərinin birinin evində baş verən yanğın yaxınlıqdakı evlərə keçib. Hadisə yerinəFövqəladə Hallar Nazirliyinin Qazax rayon və Ağstafa rayon Yanğından Mühafizə Hissənin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Hadisə nəticəsində 3 evin yandığı bildirilir. Məlumata görə, hadisə zamanı bir FHN əməkdaşı damdan yıxılaraq ağır xəsarət alıb.
Hazırda yanğının qarşısını almaq üçün işlər görülür.
banner

Oxşar Xəbərlər