AZE | RUS | ENG |


Assosiasiya sədri: İndiyədək Azərbaycandan Türkiyəyə bu qədər çox sayda turist getməyib

Assosiasiya sədri: İndiyədək Azərbaycandan Türkiyəyə bu qədər çox sayda turist getməyib
Bu il Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında böyük artım müşahidə edilir.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, son illər ərzində bu il ən çox sayda azərbaycanlı turist dincəlmək üçün Türkiyəyə gedir: "Azərbaycanda indiyədək getmə turizm sahəsində bu qədər axın qeydə alınmayıb, Türkiyəyə bu qədər çox sayda turist getməyib. Ötən il, ondan əvvəlki illərdə Türkiyəyə gedənlərin sayı bir qədər azalmışdı. Amma bu il iyul ayı ərzində Türkiyə istiqamətinə aviareyslərə bilet tapmaq çətin olub. Eyni zamanda, avqust ayı üçün də artıq bilet tapmaq mümkün olmur”.

N.Bağırov deyib ki, hazırda Bakıdan Bodrum, Antalya, İzmirə birbaşa uçuşlar yerinə yetirilir.

Onun sözlərinə görə, bəzi vaxtlar Bodruma, Antalyaya gün ərzində 2-3 dəfə ucuş olur. Amma buna baxmayaraq, yerlərin hamısı dolu olur.

N.Bağırov qeyd edib ki, Azərbaycandan Türkiyəyə gedən turistlər daha çox Antalya, Bodruma üz tuturlar.

Azərbaycanlı turistlərin adətən, daha çox səyahət etdiyi İstanbula edilən bu ilki səfərlərə gəldikdə, N.Bağırov deyib ki, İstanbul üzərindən Antalya, Bodruma ucanlar bu şəhərdə 2-3 gün qalaraq dincəlirlər. Amma son zamanlar İstanbulda hava şəraitinin dəyişməsi səbəbindən azərbaycanlı turistlər bu şəhərə getməkdən ehtiyat edirlər.

N.Bağırov qeyd edib ki, ümumilikdə ötən illərdə olduğu kimi, bu il də azərbaycanlı turistlərin dincəlmək üçün ən çox üstünlük verdiyi ölkələrin sırasında ilk yeri Türkiyə tutur: "Azərbaycanlı turistlər daha sonra Avropa ölkələrinə getməyə üstünlük verirlər. Turistlərimiz daha çox birbaşa uçuşların olduğu Avropa ölkələrinə gedirlər. Məsələn, İtaliya, Fransa, Yunanıstan, Çexiya da azərbaycanlı turistlərin ən çox səfər etdiyi ölkələr sırasındadır”.

Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı 10,37% azalmışdı. 2016-cı ilin yanvar-may ayları ərzində Türkiyəyə 188 761 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata əsasən, bu il isə Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,96% artıb. Yalnız bu ilin yanvar-may ayları ərzində Azərbaycandan Türkiyəyə səfər edən azərbaycanlıların sayı 243 421 nəfərə çatıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001