• cümə, 29 Mart, 15:55
  • Baku Bakı 14°C

Assosiasiya sədri: "Bakı-Tbilisi-Qars layihəsindən daha çox xeyir götürən ölkələrdən biri də Rusiya ola bilər"

16.11.17 12:00 785
Assosiasiya sədri: "Bakı-Tbilisi-Qars layihəsindən daha çox xeyir götürən ölkələrdən biri də Rusiya ola bilər"
"Müxtəlif proqnozlara görə, 2020-ci ilə qədər Şərq-Qərb istiqamətində Çin tərəfdən Qərbə göndərilən yüklər 5 dəfə artaraq 1,3 mln. konteynerə çatacaq. Bunun 300 mini Qafqaz marşrutu ilə daşınacaq. Azərbaycan və Qazaxıstandan keçməklə Avropadan Mərkəzi Asiya ölkələrinə və Çinə yük axını, həm də əks istiqamətdə iki dəfədən çox artacaq. Beləcə, Azərbaycan, Gürcüstan və Qazaxıstan Avropa ilə Asiya arasında "tranzit habına” çevriləcək".
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirovun dövrü mətbuatda dərc olunan məqaləsində deyilir.
Onun sözlərinə görə,Bakı-Tbilisi-Qarsdəmir yolu Rusiya üçün Türkiyəyə "alternativ pəncərə” açaraq, gözlənilmədən tamamilə yeni imkanlar yaradır: "Şübhə yoxdur ki, Rusiya ilə Türkiyə arasında yük dövriyyəsinin əhəmiyyətli hissəsi də bu marşrutla həyata keçiriləcək. Güman edilir ki, Azərbaycan və Gürcüstan yeni magistralı yükləmək üçün yüklərin kifayət qədər güzəştli tranzitinə də razılıq verə bilər. Belə olan halda, bu magistraldan daha çox xeyir götürən ölkələrdən biri də elə Rusiya olacaq. Çünki qonşu ölkə dəmir yolunun tikintisinə heç bir vəsait xərcləməyib. Bundan əlavə, Rusiyanın Şimali Qafqazda, Volqa sahili boyu ərazilərində, hətta Uralda və Sibirdə fəaliyyət göstərən şirkət və müəssisələri bu dəmir yolu vasitəsilə Türkiyəyə ən qısa çıxış əldə etmiş olurlar. Çünki onlar üçün bu marşrut Ukrayna-Rumıniya-Bolqarıstandan keçən marşrutdan daha qısa və sərfəlidir".
banner

Oxşar Xəbərlər