• cümə, 26 Aprel, 00:35
  • Baku Bakı 16°C

Assosiasiya rəhbəri: "Rüşvət verəndə işlərimiz yaxşı gedir"

26.12.16 14:30 1143
Assosiasiya rəhbəri: "Rüşvət verəndə işlərimiz yaxşı gedir"
Gürcüstanın gömrük xidməti sərhədi keçmək istəyən Türkiyənin ağırtonnajlı yük maşınlarının sürücülərinə süni maneələr yaradır. "APA-Economics" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, belə bir iddia ilə Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının sədri Abdulla Özər çıxış edib.
Onun sözlərinə görə, türkiyəli sürücülər "Sarpi" gömrük keçid məntəqəsində müəyyən çətinliklərlə üzləşir: "Türkiyədən Gürcüstana gələn yük maşınları tamamilə boşaldılır, yoxlanılır, sonradan yenidən yüklənir. Nəticədə ciddi anlaşılmazlıqlar olur, mübahisələr yaranır. Təmir işləri getdiyindən məntəqə yarıişlək vəziyyətdədir. Artıq məsələ ilə bağlı iqtisadiyyat naziri Bülənt Tüfənkçiyə məruzə olunub. Nazir gürcü tərəfi ilə danışıb. Gürcü tərəfi əmin edib ki, problem qısa zamanda həllini tapacaq. Lakin problem hələ də qalmaqdadır. Türk olmaq cinayətdirmi? Türk maşınlarına Gürcüstanda qadağa qoyulub? Problemi həll etmək üçün Gürcüstanda yox, Azərbaycanda şirkət yaradaq? Biz rüşvət verəndə işlərimiz yaxşı gedir. Lakin biz bunu etmək istəmirik. Biz gürcü tərəfdaşlarımızla vicdanla işləmək istəyirik. Yaranmış vəziyyət onu deməyə əsas verir ki, prezident Ərdoğan işə qarışmayınca, vəziyyət düzələn deyil".
banner

Oxşar Xəbərlər