AZE | RUS | ENG |

Aşqabad TANAP-a maraq göstərir

Aşqabad TANAP-a maraq göstərir
Türkmən qazının Avropaya Rusiyadan yan keçməklə nəqli müzakirə mövzusuna çevrilir

Türkmən qazı Avropaya iyunun 19-da işə düşəcək Transadriatik boru xətti (TANAP) ilə ixrac oluna bilər. Xəzər dənizinin dibi ilə Transxəzər qaz xəttinin inşası gündəlikdə əsas məsələ kimi qalır. Ekspertlər hesab edirlər ki, bu layihə Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanacağı gündəmə gələndən sonra aktuallıq kəsb etməyə başlayıb. Konvensiya Xəzəryanı dövlət başçılarının yayın sonu, payızın əvvəlində Astanada keçiriləcək beşinci yubiley sammiti zamanı imzalana bilər. "Biz Türkmənistanın TANAP layihəsində iştirak edəcəyinə ümid edirik. Bu səbəbdən ki, Türkmənistan regionda əsas və başlıca rolu oynayır”, - deyə Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu Türkmənbaşı şəhərində mayın 23-24-də keçirilən doqquzuncu qaz konqresində (TGG-2018) bəyan edib. Diplomatın sözlərinə görə, TANAP layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır: "Türkmənistanın roluna gəldikdə - bu rol əhəmiyyətlidir. Belə ki, bu ölkə regionda enerji sahəsində başlıca rol oynayır”.
TANAP il ərzində 16 milyard kub metr Azərbaycan qazının nəql etməyə hesablanıb. Türkmən qazının qoşulması üçün nəinki Transxəzər boru xəttini inşa etmək gərəkdir, həm də əlavə olaraq kompressor qurğuları quraşdırılmalıdır. Son bir neçə ildir ki, Türkmənistan hakimiyyət orqanları avropalı məmurlarla türkmən qazının satışı barədə danışıqlar aparırlar. Rusiyaya ixrac edilən qaz dayandırıldıqdan sonra Aşqabad Avropaya il ərzində 40 mlrd. kub metr qaz ixrac etməyə hazır olduğunu bəyan edib. Bu məqsədlə müstəqil şəkildə "Şərq-Qərb” qaz kəməri də inşa edib. Bu kəmər iri qaz yataqları Cənubi Yolotanyanı Xəzərin sahilləri ilə birləşdirib. "Türkmənqaz” dövlət konsernin sədri, dövlət naziri Mırat Arçaev qaz konqresində çıxışı zamanı bildirib ki, ümumi gücü 10-30 mlrd. kub metr qaz nəqlini nəzərdə tutan Transxəzər qaz kəməri layihəsi Xəzərin dibi ilə boru xəttinin inşasını nəzərdə tutur. Bu kəmərin Xəzərin türkmən sahilindən Bakıya kimi inşası nəzərdə tutulub. Orada isə kəmər Cənub Qaz Dəhlizi”nə qoşulacaq. Bununla da türkmən qazını TANAP və Transanadolu qaz xətti (TAP )vasitəsilə Avropaya çatdırılacaq. Lakin məsələ ondadır ki, bu kəmərin inşasına İran və Rusiya mane olurlar. Onlar iddia edirlər ki, Xəzərin ekosistemi və qapalılığı bu kəmərin reallaşmasına imkan vermir. Yəni, hər bir transsərhəd infrastruktur layihələr bütün oyunçu dövlətlər tərəfindən razılaşdırılmalıdır. Lakin bu gün vəziyyət dəyişməyə doğru istiqamət götürüb. "Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Xəzəryanı dövlətlər - İran, Azərbaycan, Türkmənistan, Rusiya və Qazaxıstan dənizin statusunun müəyyən olunması ilə bağlı Konvensiyanı imzalamağa hazırdırlar. Belə nəticəyə gəlmək olar ki, sənəddə su hövzəsinin dibi və boru kəmərlərinin inşası ilə bağlı mübahisəli məsələlər həllini tapıb. Bu məsələ danışıqlar prosesinə salınıb və görünür, həlini tapıb”, - deyə "Nezavisimaya qazeta”ya müsahibəsində "Cənubi Qafqaz” politoloqlar evinin rəhbəri İlqar Vəlizadə bildirib. Onun qənaətincə, vəziyyət həllini tapmağa doğru irəliləyir. Sammitdə bu məsələnin həllini tapacağı gözlənilir. Bu səbəbdən də Xəzəryanı dövlətlər artıq müəyyən hazırlıq işləri aparırlar. TANAP-ın inşası başa çatır və iyunun 19-da açılış baş tutmalıdır. Tranzit qaz xətti məsələsi konvensiyada öz həllini tapacaq. Belə olan halda Türkmənistanın əl-qolu açılacaq. Belə ki, Konvensiyaya görə Xəzəryanı dövlətlər bir-birilərinin suverenliyi, istisna hüquqlarını, yuridiksiyasını tanıyacaqlar. Bu da onu deməyə əsas verir ki, Aşqabad Konvensiya imzalandıqdan sonra nəinki Bakı, eləcə də, Tehranla razılaşmalı olacaq. TANAP boru xəttinə Astana da maraq göstərir. Düzdür, Qazaxıstanda Türkmənistandakı kimi nəhəng qaz yataqları mövcud deyil. Transxəzər boru xətti layihəsi həlini taparsa, onda Qazaxıstan nəinki Xəzərin dibi ilə boru xəttinə maraq göstərəcək, eyni zamanda bu istiqamətdə ən az həcmdə qaz ixracı onun imici ilə yanaşı, gələcəkdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulmaq baxımından da əhəmiyyətlidir.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000