AZE | RUS | ENG |


AŞPA-nın yeni prezidenti seçilib

AŞPA-nın yeni prezidenti seçilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti məlum olub.
 
APA-nın Avropa müxbiri xəbər verir ki, AŞPA-nın bu gün başlayan payız sessiyasında yeni prezidenti üçüncü turdan sonra seçmək mümkün olub.
 
Səsvermədə 216 deputat iştirak edib.
 
Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides (Kipr) 132 səslə qurumun yeni prezidenti seçilib. Digər namizəd Emanuelis Zingeris (Litva) 84 səs ala bilib.
 
Dünən keçirilmiş birinci və ikinci turda səsvermədə lazım olan sayda deputat iştirak etmədiyindən AŞPA prezidenti seçilməmişdi. Prezidenti bu gün keçirilən üçüncü sadə səsvermədə seçmək mümkün olub.  
 
Yeni prezident 2018-ci ilin yanvar ayına qədər bu vəzifəni icra edəcək. AŞPA-nın yanvarda keçiriləcək qış sessiyasında qurumun yeni prezidenti seçiləcək.
 
AŞPA prezidenti Pedro Aqramunt oktyabrın 6-da istefa verib. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001