• şənbə, 20 Aprel, 07:37
  • Baku Bakı 14°C

AŞPA-nın Referendumu Dəyərləndirmə Missiyası Milli Məclisdə olub

25.09.16 13:50 991
AŞPA-nın Referendumu Dəyərləndirmə Missiyası Milli Məclisdə olub
Bu gün Milli Məclisin sədriOqtay ƏsədovAvropa ŞurasıParlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, O. ƏsədovAŞPA-nın Dəyərləndirmə Missiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan ümumxalq səsverməsini müşahidə etməsinin önəmini qeyd edib.

Milli Məclisin sədri ölkəmizdə keçirilən bütün seçkilər zamanı beynəlxalq təşkilatlardan, müxtəlif ölkələrin parlamentlərindən müşahidəçilərin dəvət edildiyini bildirib. O. Əsədov ümumxalq səsverməsini izləyəcək müşahidəçilərin bir çoxunun artıq Azərbaycanda olduğunu diqqətə çatdırıb. O, müşahidəçilərin referendumun beynəlxalq standartlara uyğun keçirildiyini görəcəklərinə əminliyini ifadə edib.

Missiyanın rəhbəri Aleksandr Nikoloski nümayəndə heyətinin tərkibi barədə məlumat verib. O,AŞPAmüşahidəçilərinin ölkəmizdə keçirilən bütün prezident və parlament seçkilərini, eyni zamanda, referendumları izlədiklərini söyləyib.
banner

Oxşar Xəbərlər