• cümə axşamı, 28 mart, 22:34
  • Baku Bakı 13°C

AŞPA həmməruzəçiləri Azərbaycana səfərləri barədə Monitorinq Komitəsində məlumat veriblər

24.01.17 15:00 1309
AŞPA həmməruzəçiləri Azərbaycana səfərləri barədə Monitorinq Komitəsində məlumat veriblər
Bu günAvropa ŞurasıParlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası olub.
APA-nın Avropa bürosunun məlumatına görə, iclasdaAŞPAMonitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda bu ayın əvvəlində Azərbaycana etdikləri səfər və onun nəticələri haqqında komitə üzvlərinə şifahi məlumat veriblər.
Komitənin işində iştirak etmiş AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidovhəmməruzəçilərin yenidən Azərbaycana səfər edəcəklərini və növbəti hesabatın hazırlanacağını bildirib.
"Monitorinq Komitəsinin bugünkü iclasında həmməruzəçilərin Azərbaycanla bağlı çıxışları dinlənildi, Azərbaycanda gedən prosesləri komitə üzvləri ilə birlikdə müzakirə etdik. Müzakirələr çox konstruktiv şəkildə təşkil olunmuşdu. AzərbaycanlaAvropa Şurasıarasında dialoqun əhəmiyyəti, QHT və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə danışıqların aparılması, Azərbaycanda insan haqları ilə bağlı məsələlərinAvropa Şurasınümayəndələri ilə birgə təhlili və s. kimi məsələlər müzakirə olundu. Sonda qərara alındı ki, həmməruzəçilər yenidən Azərbaycana səfər edib, hesabat hazırlasınlar”, - deyə S. Seyidov qeyd edib.
banner

Oxşar Xəbərlər