AŞPA həmməruzəçiləri Azərbaycana gəliblər
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrexin Azərbaycana səfəri başlayıb.
APA-nın məlumata görə, həmməruzəçilər Azərbaycana növbəti tanışlıq səfəri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, daxili işlər naziri, ədliyyə naziri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə görüşəcəklər.
Onların MSK sədri, Ali Məhkəmənin sədri, baş prokurorla da görüşləri nəzərdə tutulur.
Həmməruzəçilər səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcəklər.
Səfər iyunun 14-də yekunlaşacaq.