• cümə, 29 Mart, 01:01
  • Baku Bakı 7°C

AŞPA-da Ukrayna məsələsi müzakirə olunur

09.04.14 17:31 955
AŞPA-da Ukrayna məsələsi müzakirə olunur
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında «Ukraynadakı son vəziyyət: demokratik təsisatların fəaliyyətinə təhlükə» adlı hesabat ətrafında müzakirələr olub.
APA-nın Avropa müxbiri xəbər verir ki, Ukrayna mövzusu bu yaz sessiyasına «fövqəladə müzakirələr» kimi əlavə olunub və sözügedən hesabat qurumun Monitorinq Komitəsi adından Mailis Reps və Marietta Purbe-Lundin tərəfindən hazırlanıb.
Assambleyanın Monitorinq Komitəsinin üzvləri artıq dünənki və bugünkü toplantılarında bu sənədi, demək olar, yekdilliklə qəbul ediblər. Komitənin iclaslarında Rusiya tərəfinin irəli sürdüyü əlavə və dəyişikliklər qəbul olunmayıb və Komitə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib.
Qeyd edək ki, hələ plenar iclasdan öncə AŞPA Monitorinq Komitəsinin iclasında iştirak edən Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov yerli jurnalistlərə açıqlamasında Komitə üzvlərinin Rusiyaya qarşı qərəzli mövqe tutduqlarını bildirib: «Çox təəssüflə qeyd etməliyəm ki, biz bu məsələdə çox yüksək səviyyədə və tam şəkildə siyasiləşmiş mövqe ilə üz-üzə gəlmişik. Mən bu qurumun tarixində hələ belə qərəzli münasibətə rast gəlməmişəm. Bu, tam geopolitik bir münasibətdir - Kiyev hakimiyyətinin etdiyi hər şey doğrudur, Rusiyanın təkliflərinin isə heç biri düz deyil. Biz burada nə təklif etdiksə, hamısına qarşı, demək olar, mənfi münasibət gördük. Bəzi texniki nüansları çıxmaq şərti ilə, bizim təklif etdiyimiz əsas əlavə və dəyişikliklərimizin heç biri qəbul olunmadı».
AŞPA-nın iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun və nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın da çıxışları gözlənilir.
banner

Oxşar Xəbərlər