• çərşənbə axşamı, 23 aprel, 19:33
  • Baku Bakı 20°C

AŞPA Bakıda xüsusi iclas keçirəcək

08.06.13 12:44 1646
AŞPA Bakıda xüsusi iclas keçirəcək
İyunun 11-də Milli Məclisin və Avropa Şurası Parlament Assambleyası (AŞPA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin birgə təşkilatçılığı ilə “Uşaqların rifahı-cəmiyyətin rifahının göstəricisidir” mövzusunda konfrans keçiriləcək.
Parlamentdən APA-ya verilən məlumata görə, tədbir Avropa Şurasının “Uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi: Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində həyata keçirilir.
Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, parlamentin komitə sədri, AŞPA sədrinin müavini Səməd Seyidov, millət vəkili, qurumun Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin üzvü Sevinc Fətəliyeva açılış nitqi söyləyəcəklər.
Konfrans çərçivəsində AŞPA-nın xüsusi Alt Komitəsinin iclası, uşaqların cinsi zorakılıqdan qorunmaları üçün effektiv tədbirlər, kiber mühitdə uşaqların təhlükəsizliyi, uşaqlara qarşı zorakılıqla mübarizədə müxtəlif ölkələrin təcrübəsi mövzularında sessiyalar keçiriləcək.
“Uşaqların cinsi istismar və seksual xarakterli hərəkətlərdən qorunması haqqında Avropa Şurası Konvensiyası” parlament üzvləri üçün vəsait şəklində dərc edilib.
Tədbirin yekununda kitab təqdimatı olacaq.
banner

Oxşar Xəbərlər