“Aslanlar“ı qəriblikdə “Aslan“ qarşıladı

“Aslanlar“ı qəriblikdə “Aslan“ qarşıladı

İdman
02 Aprel 2013, 13:20 1255
Milli.Az Türkiyənin “Qalatasaray” klubunun rəsmi saytına istinadən xəbər verir ki, “aslanlar” artıq İspaniyadadırlar.

Çempionlar Liqasının 1/4 final mərhələsində “Real” Madridə qarşı oynayacaq “Qalatasaray” Madridə dünən gecə gəlib.

Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq futbolçusu, hal-hazırda "Atletiko" Madridin formasını geyinən Arda Turan keçmiş komanda yoldaşlarını ziyarət edərək onlara bol şans arzulayıb. Onlar birlikdə şam ediblər.

Qeyd edək ki, "Qalatasaray" ev sahibi "Real" Madridlə sabah qarşılaşacaq.