• cümə axşamı, 18 aprel, 21:05
  • Baku Bakı 21°C

Aslandüz-Horadiz istiqamətində dəmir yolu xətti inşa edilə bilər

25.02.17 17:00 1043
Aslandüz-Horadiz istiqamətində dəmir yolu xətti inşa edilə bilər
İranın Aslandüz şəhəri ilə Azərbaycanın Horadiz şəhəri arasında dəmir yolu xətti inşa edilə bilər.
Bu barədə Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri zamanı Ərdəbildə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid QurbanovAZƏRTAC-ın sualını cavablandırarkən deyib.
O bildirib ki, səfər çərçivəsində iranlı iş adamları bununla bağlı təkliflər səsləndiriblər. "Əgər İran tərəfi Aslandüz-Horadiz istiqamətində il ərzində 1 milyon tondan çox yükün daşınacağını, həmin yüklərin iqtisadi baxımdan sərfəli olacağını təqdim edə bilsə, bu istiqamətdə işlər görülə bilər”, - deyə C.Qurbanov bildirib.
banner

Oxşar Xəbərlər