• şənbə, 20 Aprel, 12:46
  • Baku Bakı 23°C

Asiya Çempionlar Liqası:Təbriz komandası qələbə qazandı

26.02.14 19:15 1202
Asiya Çempionlar Liqası:Təbriz komandası qələbə qazandı
Futbol üzrə İran çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” komandası Asiya Çempionlar Liqasında ilk oyununa çıxıb.
APA-nın verdiyi məlumata görə, Təbriz klubu bu gün saat 16:30-da “Səhənd” stadionunda Səudiyyə Ərəbistanının “əl-İttihad” komandasını qəbul edib. Qarşılaşmanın ilk hissəsi bərabər mübarizə şəraitində keçib, hətta “Traktorsazi” oyunu azlıqda davam etdirib. Belə ki, Təbriz komandasının oyunçusu Əli Kərimi 59-cu dəqiqədə ikinci sarı kart alaraq, qırmızı vərəqə ilə cəzalandırılıb.
Ancaq Toni Oliveyranın yetirmələri oyundan üç xalla ayrılmağa nail olublar. Qarşılaşmanın 82-ci dəqiqəsində Kərim Ənsarifərd Təbriz komandasına qələbə gətirən yeganə qola imza atıb – 1:0. Qarşılaşmanı 50 min azarkeş izləyib.
Qeyd edək ki, Təbriz klubunun Asiya Çempionlar Liqasının C qrupundakı digər rəqibləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin komandalarıdır.
banner

Oxşar Xəbərlər