• şənbə, 20 Aprel, 05:47
  • Baku Bakı 15°C

“Aşıq Pəri sazın-sözün zirvəsində” adlı konsert təşkil edilib

29.05.19 15:11 1091
“Aşıq Pəri sazın-sözün zirvəsində” adlı konsert təşkil edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi ""Aşıq Pəri sazın-sözün zirvəsində” adlı konsert proqramının təşkili” layihəsini icra edir. Layihə çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı keçrilib.
Konsert proqramını filologiya üzrə fəlsəfə doktoru, dossent İlhamə Qəsəbova açaraq "Aşıq Pəri sazın-sözün zirvəsində” konsert proqramının təşkilinin məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib. Bildirib ki, ustad xanım aşıqlarla yanaşı, gənc xanım aşıqların iştirakı ilə keçrilən bu konsertin məqsədi Azərbaycanın qədim el sənəti olan aşıq sənətinin nümayəndələri olan xanım aşıqları təbliğ etmək və tanıtmaqdır. O, bu layihəyə maliyyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov və Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Altay tədbirdə Məmmədov çıxış ediblər.

Sonra tanımmış ustad aşıqlar Gülarə Azaflı, Solmaz Kosayeva, Gözəl Kəlbəcərli, Kəmalə Qubadlı, Rəfiqə Göyçəli, Kifayət Nəbiyeva, Ərkinaz Eşqin ilə yanaşı, gənc aşıqlar Xəyalə Qəribqızı, Əfsanə Kərimli, Göyçə Ömürlü, Nazənin Lerikli, Xavər Zəngilanlı, İlahə Gədəbəylinin ifasında aşıq musiqisi ifa olunub və tanınmış şairələr Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı, Səadət Buta, Südabə İrəvanlı, Təbrizə Pünhan, Nuranə Təbriz, Fatimə Vəfa və Aynur Qafarlı tərəfindən şerlər səsləndirilib.

Xatırladaq ki, ""Aşıq Pəri sazın-sözün zirvəsində” adlı konsert proqramının təşkili” layihəsi çərçivəsində dünyasını dəyişmiş ustad xanım aşıqların yaradıcılığından bəhs edən kitabın nəşri də nəzərdə tutulub.



banner

Oxşar Xəbərlər