• çərşənbə axşamı, 16 aprel, 14:21
  • Baku Bakı 19°C

Aşıq Əmrah Gülməmmədovun anadan olmasının 110 illiyi qeyd edilib

18.12.18 13:06 571
Aşıq Əmrah Gülməmmədovun anadan olmasının 110 illiyi qeyd edilib
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Əmrah Gülməmmədovun anadan olmasının 110 illiyi qeyd edilib.
AZƏRTACxəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir R.Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub.
Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin aparıcılığı ilə keçən tədbirdə ustad aşığın həyat və yaradıcılığından söz açılıb.
Qeyd edilib ki, Əmrah Gülməmmədov 1908-ci ildə Borçalıda – Gürcüstanın indiki Marneuli rayonunun Kəpənəkçi kəndində anadan olub. İkinci Dünya müharibəsində iştirak edib. Sənətin sirlərini dövrünün tanınmış sənətkarı olan Məsim Bəyazitlidən öyrənib. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən fəal iştirakçılarından biri də məhz Aşıq Əmrah olub. O, Azərbaycan aşıqlarının III (1961) və IV (1984) qurultaylarında iştirak edib.
Ozan-aşıq sənətində Əmrah Gülməmmədovun ən böyük xidmətlərindən biri sazı təkmilləşdirərək 11 simli etməsidir. Təkrarsız və bənzərsiz ifası ilə yaddaşlara hopan Aşıq Əmrah 1987-ci il martın 11-də vəfat edib.
Tədbirdə respublikamızın müxtəlif bölgələrindən və ustadın vətəni Borçalıdan gəlmiş aşıqlar Əmrah Gülməmmədovun sözlərinə yazılmış mahnıları və ona ithaf olunmuş şeirləri səsləndiriblər.
banner

Oxşar Xəbərlər