• cümə, 29 Mart, 13:57
  • Baku Bakı 14°C

Aşıq Ədalətlə vida mərasimi keçirilir

15.09.17 14:30 1914
Aşıq Ədalətlə vida mərasimi keçirilir
Qazax Mədəniyyət Evində Aşıq Ədalət Nəsibovla vida mərasimi keçirilir.
APA-nın məlumatına görə, vida mərasimində Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra Aşıq Ədalət vəsiyyətinə uyğun olaraq Qazaxda torpağa tapşırılacaq.
Qeyd edək ki, Aşıq Ədalət sentyabrın 14-də Bakıda vəfat edib.
Aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.
Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub.
Ə. Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib.UNESCO">UNESCOtərəfindən onun ifaları ayrıca lentə alınıb.
Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, "Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib.
banner

Oxşar Xəbərlər