• cümə, 29 Mart, 12:37
  • Baku Bakı 14°C

Aşıq Ədalət vəfat edib

14.09.17 17:09 1918
Aşıq Ədalət vəfat edib
Aşıq Ədalət Nəsibov vəfat edib.

Bu barədəAPA-ya Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verib.

M. Qasımlının sözlərinə görə, görkəmli aşıq bu gün 78 yaşında dünyasını dəyişib.

Vida mərasimi və aşığın dəfn olunacağı yer hələlik dəqiqləşməyib.

Qeyd edək ki, aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Aşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub.

Saz çalmağı atasından öyrənib, gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb.

O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının mahir ifaçısı hesab olunur.
banner

Oxşar Xəbərlər