• cümə axşamı, 28 mart, 19:54
  • Baku Bakı 13°C

ASİMDER: 20 Yanvar faciəsinin günahkarları cəzalandırılmalıdır

20.01.18 20:20 467
ASİMDER: 20 Yanvar faciəsinin günahkarları cəzalandırılmalıdır
20 Yanvar faciəsinin günahkarları cəzalandırılmalıdır.
Trend-in Türkiyə KİV-lərini istinadən məlumatına görə, bunu Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyanın (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
G.Gülbeyin sözlərinə görə, 28 ildir ki bu faciəni törədənlər tutularaq qanun qarşısına çıxarılmırlar:"Qeyri-hökumət təşkilatları olaraq biz, 20 Yanvar faciəsinin günahkarlarının tapılmasını və Rusiyanın Azərbaycana bu qanlı faciəyə görə təzminat ödəməsini tələb edirik”.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdıldı.
banner

Oxşar Xəbərlər