• cümə, 29 Mart, 04:01
  • Baku Bakı 7°C

Asiman Həsənov: “Hədəfimiz beynəlxalq standartlara cavab verən tibbi xidmət göstərməkdir”

24.09.16 15:29 5396
Asiman Həsənov: “Hədəfimiz beynəlxalq standartlara cavab verən tibbi xidmət göstərməkdir”
Dünyanın bir çox ölkələrində olduğu kimi, artıq ölkəmizdə də tibb sahəsində - istər tədris, istərsə də xəstəxana idarəetmə sistemində işlərə prosesli yanaşma məqsədi ilə müasir Avropa inkişafına əsaslanan elm, praktika və metodikaya xüsusi maraq və meyillilik yaranmaqdadır.Xüsusən də, idarəetmənin daha perspektivli şaxələrindən sayılan beynəlxalq standartlara cavab verən İSO:9001 Keyfiyyəti İdarəetmə Sistemidir (KİS). Məhz bunun Azərbaycan səhiyyəsində hansı rol oynaya biləcəyi əsas maraq mövzumuzdur. Bu barədə daha geniş məlumatı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi, dos. dr. Asiman Həsənov verdi.
- Azərbaycan səhiyyəsinin inkişafında beynəlxalq standartlara cavab verən Xəstəxana Menecment Sisteminin rolunu necə qiymətləndirirsiz?
- Tam əminliklə demək olar ki, əbədiyaşar liderimiz Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir. Hələ SSRİ dövründən ümummilli lider daim səhiyyə ilə, tibb elmi ilə yaxından maraqlanmış, onun inkişafı üçün qayğı göstərmişdir. Hazırda onun davamçısı olan prezidentimiz cənab İlham Əliyevin də böyük diqqət və səyi nəticəsində səhiyyəmiz durmadan inkişaf etməkdə, yeni beynəlxalq standartlara cavab verən tibb ocaqları xalqımıza xidmət göstərməkdə və hər zaman xarici ölkələrlə sıx birlik və praktika mübadiləsindədir. Son illərdə səhiyyəmizdə sürətlə gedən islahatlar nəticəsində klinikaların maddi-texniki bazası genişləndirilmiş, kadr potensialı artırılmışdır. Artıq tibbi xidmət keyfiyyətinin qaldırılması mərhələsi başlanmışdır.
- Dünyanın bir çox inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, İsveçrə, İngiltərə, Türkiyə və s.) tibb sahəsində beynəlxalq standartlara cavab verən Xəstəxana Menecment Sistemi tətbiq olunur. Bəs İSO:9001 Keyfiyyəti İdarəetmə Sisteminin tibb müəssisələrində tətbiqi müəssisəyə konkret nə qazandırır?
- Bildiyimiz kimi, dünyanın 190 ölkəsində İSO Beynəlxalq Standartlaşdırma tətbiq olunmaqdadır. İSO: 9001 Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqinin tibb müəssisələrinə birbaşa faydalarını belə sadalaya bilərəm:
· Müəssisənin fəaliyyət mühitini əhatə edən proseslərin göstəricilərinin ölçülməsi köməyi ilə fəaliyyətə nəzarət və onun qiymətləndirilməsi vasitəsilə keyfiyyət sahəsində məqsədlərə nail olmaq və onların təyin olunmasına dair metodoloji prinsiplər. Sistemli fasiləsiz təkmilləşmə prosesi sayəsində əldə olunan nəticələrin qorunması və təkmilləşdirilməsi;
· Fəaliyyətin növlərinin və proseslərin standartlaşdırılması;
· Müəssisənin vəziyyətinin və onun daxili qarşılıqlı fəaliyyətinin kompleksli təhlili üçün imkanlar və onun nəticəsi kimi problemlərin həlli və effektivliyin artırılması üçün potensialın çoxaldılması;
· Pasiyentlərin və əməkdaşların təhlükəsizliyinin artırılması və s.

- Keyfiyyətin menecmentinin qüvvədə olan sistemini sertifikatlaşdırmaq mütləqdirmi?
- Dünyannın inkişaf etmiş ölkələrində, məsələn, Almaniyada və Avstriyada xilasedici nəqliyyat xidmətlərinin, qan banklarının, laboratoriyaların KİS-i istisna edilməklə KİS sertifikatlaşdırılması məcbur deyil. Lakin o, KİS tətbiqinin təsdiqi üçün zəruridir. ABŞ-da təşkilatlar səhiyyə idarələrinin akkreditasiyası üzrə Birləşmiş komissiya tərəfindən akkreditasiya olunduqları hallarda qocalar, əlillərə və yoxsullar pulsuz tibbi yardım üzrə dövlət proqramları ilə bağlı sığorta şirkətlərindən pul vəsaiti ala bilərlər (bu təşkilat ABŞ hüdudlarından kənarda Birləşmiş beynəlxalq komissiya — JCI adlanır). İndiki dövrdə Avropada oxşar tendensiyalar, sığorta şirkətlərinin məlumatlarının işlənməsi müşahidə olunur.

- KİS-in tətbiqi müalicə ocağının nüfuzunu artırırmı? Dövlət tibbi idarələrində İSO: 9001 üzrə KİS uyğunluq sertifikatının mövcudluğu dövlətdən preferensiyanın alınmasına yardım göstərirmi (məsələn, yeni cihaz ayrılırmı, pasiyentlərin klinikada qalması şəraitini yaxşılaşdırmağa yardım edirmi və s.)?

- KİS tətbiqi və onun sertifikatlaşdırılması təşkilatların imicini yaxşılaşdırır, çünki bu, analoji nəticələrə nail olmağa qadir olmayan təşkilatlar ilə müqayisədə öz fəaliyyətinin keyfiyyət səviyyəsini nümayiş etdirməyə imkan verir.
İşdəki qüsurların aradan qaldırılması və problemlərin həlli xərclərin ixtisara salınmasına, eləcə də pasiyentlərin və əməkdaşların təhlükəsizliyinin artırılmasına gətirib çıxarır. Sığorta şirkətləri risklərin idarə olunmasını həyata keçirən təşkilat üçün öz xidmətlərinə görə ödənişi tez-tez azaldırlar. Sertifikatlaşdırılmış müəssisələr pasiyentlərə xidmətin daha yüksək səviyyəsini və fəaliyyətin daha yaxşı nəticələrini nümayiş etdirir. İşdə sıradan çıxma halları və risklərin təhlilinin aparılması, təshihedici fəaliyyətin realizə olunması, innovasiya və yeniliklərin tətbiqi nəticəsində əldə olunan yaxşılaşma halları xarici auditlərin gedişatında hiss olunur.
Klinikalarda xərclərin azalması zərurəti nəticəsində bu tip idarəetməyə böyük əhəmiyyət verilir. Bu cür təşkilatlar üçün pasiyentlərin fikri vacibdir, çünki onlar fikir mübadiləsi aparırlar. Sertifikatlaşdırılmayan təşkilatlar bir qayda olaraq, öz fəaliyyətinin keyfiyyət səviyyəsini təsdiq etməyə qadir deyillər. Hər iki təşkilatları müqayisə etməyə icazə verən rəsmi məlumatlar mövcud deyil. Lakin sertifikatlaşdırılmış təşkilatlar üçün əhəmiyyətli olan pasiyentlərin razılıq dərəcəsini təsdiq etmək mümkündür.
Əldə etdiyimiz fayda pasiyentlər üçün imtiyazdır: Korrektəedici fəaliyyətin həyata keçirilməsi zamanı vaxt və xoşagəlməz nəticələrin azaldılması, qanunlara riayət olunmasına verilən zəmanət və pasiyentlərin təhlükəsizliyinin artırılması. Mənfəət, həmçinin daxili səhvlər nəticəsində yaranan xərclərin ixtisara salınmasından ibarətdir.

- İSO:9001 KİS-in alternativi mövcuddurmu? Siz prosesə yanaşmanın hansı vasitələrini təsnifatlaşdırardınız?

- EN NORM 15224 «Səhiyyə sahəsində xidmətlər. Keyfiyyətin menecmenti sistemi. EN ISO 9001:2008 əsasında tələblər».
EN NORM 15224:2016 - 2016-cı ilin oktyabr ayında nəşr olunmaq üçün planlaşdırılır. Bu standart ISO: 9001 müddəalarına əsaslanır və xüsusi tələblərdən ibarətdir.
Keyfiyyətin idarə olunması üzrə Avropa fondunun modeli — EFQM. Bu modelin köməyi ilə təşkilat "Təkmilləşmə cəhdi”, "Tanınmış təkmillik” kimi 3,4 və ya 5 ulduzlu səviyyələrində keyfiyyətə meylini təsdiq edə, keyfiyyət üzrə milli və Avropa mükafatı uğrunda keçirilən müsabiqədə əlavə olaraq iştirak edə bilər. Korporativ idarəetmənin alman modeli (KTQ) Almaniyada, Avstriyada və İsveçrədə fəaliyyət göstərir. Modelin elementləri Skandinaviya ölkələrində, eləcə də Hollandiyada, Belçikada və Fransada tətbiq olunur.

- JCI Amerika standartı üzrə idarəetmə sisteminin tələbləri necə olur? İSO:9001 üzrə menecment sistemi və ya JCI üzrə sistem effektivdirmi?

- JCI səhiyyə təşkilatının fəaliyyətinə qarşı irəli sürülən tələbləri müəyyən edir (KTQ və ya EN NORM 15224 modelinə uyğun olaraq) və onlar müxtəlif tibb müəssisələri üçün xüsusi tələbləri daxil etməklə daha ətraflı təyin olunur. İndiki dövrdə JCI standartları personala və fəaliyyətin maliyyə aspektlərinə qarşı yüksək tələblər irəli sürür. Tələbləri iki növə bölmək mümkündür: pasiyentlərin tələbatlarının təmin olunmasına yönəlmiş və mütəşəkkil idarəetməni normaya salan. Məsələn: pasiyentlərin və onların ailələrinin hüquqları, pasiyentlərin müalicəsi, anesteziya və cərrahiyyə, dərman preparatları ilə davranma, yaxşılaşma, infeksiyaların profilaktikası, binaların və avadanlıqların istismarı, personalın ixtisası, kommunikasiyalar.

- Asiman doktor, son olaraq ölkəmizdəki tibb ocaqlarının beynəlxalq standartlaşdırılması ilə bağlı fikirlərinizi bildirərdiniz.

- Dünyanın bir çox ölkələrində olduğu kimi, son illərdə Azərbaycanda da beynəlxalq sertifikatlaşdırmanın sürətli inkişafda olduğu müşahidə olunmaqdadır. Belə ki, artıq yerli firmalar beynəlxalq standartların tətbiqini öz biznes strategiyalarının tərkib hissəsi kimi qəbul edirlər. Məhz bu səbəbdən son illər ərzində beynəlxalq menecment sistemi standartları tətbiq edən firmaların sayı xeyli artmışdır. Səhiyyə sistemində də bu istiqamətdə addımlar atılmaqdadır. Sadə və anlaşılan dildə desək, hər hansı bir təşkilat və ya tibb müəssisəsində KİS-in tətbiq olunması bu təşkilatın və ya müəssisənin "sağlamlıq haqqında arayışı” anlamına gəlir. Təbii ki, mən də ölkəmizdə olan hər bir müəssisədə belə Menecment Siteminin aparılmasının tərəfdadarıyam. Əsas hədəf Azərbaycan Respublikası qanunlarına və Səhiyyə Nazirliyinin qayda və tələblərinə uyğun, beynəlxalq protokollara və standartlara cavab verən tibbi xidmət göstərməkdir.
banner

Oxşar Xəbərlər