• cümə axşamı, 18 aprel, 21:38
  • Baku Bakı 21°C

Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verildi

07.01.15 15:27 1048
Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verildi
Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisin deputatı Asəf Hacıyevin səlahiyyətlərinə xitam verib.
APA-nın məlumatına görə, bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib.
Xatırladaq ki, 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilən A.Hacıyev QDİƏT PA-nın baş katibliyi İstanbulda yerləşdiyi üçün Türkiyəyə köçəcək. Buna görə də o, yanvarın 5-də MSK-ya müraciət edərək, deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib. Seçki Məcəlləsinin 175 və 176-cı maddəsinə görə, müvafiq müraciət daxil olduqdan sonra 2 gün sonra deputatın müraciətinə baxılır.
Daha sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, akademik Asəf Hacıyev 1951-ci ildə anadan olub. 1995-ci ildən Milli Məclisin deputatıdır. Parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edir, Elm və təhsil komitəsinin üzvüdür. Hakim Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiridir.
banner

Oxşar Xəbərlər