• cümə, 29 Mart, 11:17
  • Baku Bakı 5°C

Ağsaqqallar Şurasının üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər

19.01.18 12:40 783
Ağsaqqallar Şurasının üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri20 Yanvarfaciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.
APA-nın məlumatına görə, Şura üzvləri şəhid məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkiliFəttah Heydərovbildirib ki,20 Yanvarşəhidlərinin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq: "Azərbaycan xalqı vətən yolunda öz canından keçən şəhidlərini yad edir. Xalqımız şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq".
F. Heydərov sovet ordusunun keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakı və respublikanın digər şəhər və rayonlarında günahsız insanlara qarşı cinayət törətdiyini qeyd edib. Onun sözlərinə görə,20 Yanvarhadisələri Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şanlı örnəyidir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hadisələrdən dərhal sonra imperiyanın mərkəzində - Moskvada bu cinayətə etiraz etdi, öz xalqı ilə həmrəylik nümayiş etdirdi. Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra20 Yanvarhadisələrinin layiqincə qiymətləndirilməsi yolunda böyük addımlar atdı".
banner

Oxşar Xəbərlər