• şənbə, 27 Aprel, 01:49
  • Baku Bakı 14°C

Ağsaqqallar Şurası prezident İlham Əliyevin namizədliyini dəstəkləyib

14.02.18 13:30 586
Ağsaqqallar Şurası prezident İlham Əliyevin namizədliyini dəstəkləyib
Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda çıxış edən Ağsaqqallar Şurasının sədriFəttah Heydərovdövlət başçısıİlham Əliyevin qarşıdakı seçkilərdə prezidentliyə namizədliyinin Şura tərəfindən dəstəklədiyini vurğulayıb: "Heydər Əliyev yolunun prezidentİlham Əliyevtərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur.İlham Əliyevhələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır vəİlham Əliyevdə məhz belə şəxsiyyətdir. Azərbaycan Ağsaqqallar Şurası xalqımızı bir daha prezident seçkilərində prezidentİlham Əliyevi dəstəkləməyə dəvət edəcək".
F. Heydərov prezident seçkilərinin növbədənkənar olması ilə razılaşmadığını bildirib: "Bu il prezident seçkiləri ilidir və prezident seçkiləri də aprelin 11-nə təyin edilib".
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bu gün hər bir azərbaycanlıİlham Əliyevin namizədliyini dəstəkləməlidir: "Məhz Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəlində yaranmış ağır böhrandan çıxa bildi. Azərbaycanı düşünən, sevən hər bir insan bilir ki, bu gün prezidentİlham Əliyevin apardığı siyasət Heydər Əliyev siyasətinin davamıdır. Əgər istəyiriksə ki, balalarımız, nəvələrimiz firavan, stabil bil ölkədə yaşasın, qan-qadadan uzaq olsun, biz ağsaqqallarİlham Əliyevin namizədliyini dəstəkləməliyik.İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Ona görə də, prezident seçkilərindəİlham Əliyevin alternativi yoxdur. Bizİlham Əliyevə səs verməklə Azərbaycanın firavanlığına, stabilliyinə səs verəcəyik".
Tədbir çıxışlarla davam edib. İclasın sonunda Azərbaycan Ağsaqqallar Şurasının qarşıdakı seçkilərdəİlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.
banner

Oxşar Xəbərlər