“ASAN xidmət” mobil tətbiqi - Texno-məsləhət

“ASAN xidmət” mobil tətbiqi - Texno-məsləhət

Gənclik qəzeti
18 Yanvar 2020, 12:01 4033
 "ASAN xidmət”in yaratdığı mobil tətbiq vətəndaşların işini daha da asanlaşdırır.
 Mobil tətbiqin yaradılmasında əsas məqsəd vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaqdır.
"ASAN xidmət" mobil tətbiq vasitəsi ilə siz "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində müvafiq xidmət mərkəzini seçə, zəruri sənədlərin siyahısı ilə tanış ola və növbə götürə bilərsiniz. Həmçinin seçilmiş xidmət üzrə təqdim olunan mərkəzlərdə növbə sayı və növbənin bitmə vaxtı ilə tanış ola və müvafiq mərkəzi seçə bilərsiniz.
   Eyni zamanda "ASAN xidmət” mobil tətbiqində vətəndaşlar üçün onlayn müraciət və telefon vasitəsi ilə 108 "Çağrı” mərkəzi ilə əlaqə, vətəndaşın dayandığı mövqedən xidmət mərkəzinə xəritə əldə etmək imkanı yaradılıb.
Vətəndaşlar "ASAN xidmət” mobil tətbiqini "Android” və "IOS” əməliyyat sistemlərindən yükləyə bilərlər.
 
https://www.youtube.com/watch?v=7Ds8ApBV8Tc&t=20s
 
 
 
Aygün Əziz