• şənbə, 20 Aprel, 09:27
  • Baku Bakı 14°C

“ASAN xidmət artıq Azərbaycanın brendinə çevrilib“

19.12.13 09:39 1346
“ASAN xidmət artıq Azərbaycanın brendinə çevrilib“
APA-nın xəbərinə görə, qurultayda açılış nitqi ilə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edib. F. Ələsgərov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “ASAN xidmət” artıq Azərbaycanın brendinə çevrilib: “Əsas məqsəd vətəndaş məmnunluğu, şəffaflığın təmin olunması, korrupsiyanın qarşısının alınması, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu ilə vətəndaş arasında yeni münasibətlərin qurulması, yeni düşüncə tərzinin təşəkkül tapmasıdır”.
F.Ələsgərov qeyd edib ki, dekabrın 18-dək “ASAN Xidmət” mərkəzlərinə 880 min insan müraciət edərək müxtəlif dövlət orqanlarının xidmətlərindən yararlanıblar: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi qısa müddət ərzində ASAN Xidmət əhalinin etimadını qazanıb. Bunu keçirilən sorğular da təsdiq edir. Çox güman ki, fevral-mart aylarınadək Bakıda daha bir ASAN Xidmət mərkəzi açılacaq. Bu günlərdə isə Gəncədə ASAN Xidmət mərkəzi açılacaq və ətraf rayonları əhatə edəcək”.
F.Ələsgərov ASAN Xidmət mərkəzlərinin olmadığı rayonlarda isə səyyar ASAN Xidmət avtobuslarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Artıq 37 rayonda 60 mindən çox əhaliyə xidmət göstərilib. Könüllülər isə ASAN Xidmətin fəaliyyətinə entiziuazm, müasir dünyagörüşü, pozitiv enerji verib. Gələcəkdə dövlət qulluğunda işləmək istəyən gənclər burada təcrübə əldə etmək imkanı qazanır. Artıq yüzlərlə gənc bu fürsətdən istifadə edib. Bu günədək ASAN Xidmət mərkəzlərində minədək könüllü fəaliyyət göstərib. Gələcəkdə ASAN Xidmət mərkəzlərinin açıldıqca onların sayı da artacaq. Onlar vətəndaşlara dövlət xidmətlərindən istifadə etməyə kömək göstərirlər. Mən gənclər və idman naziri Azad Rəhimova müraciət etmişəm ki, Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına könüllülərin cəlb olunmasına kömək etsin. İnanıram ki, könüllülər bu etimadı doğruldacaqlar”.
banner

Oxşar Xəbərlər