“ASAN Viza” Gəncə və Qəbələ beynəlxalq hava limanlarında fəaliyyətə başlayıb
Artıq Gəncə və Qəbələ beynəlxalq hava limanlarında "ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə əcnəbilərə vizaların verilməsinə başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət AgentliyindənAZƏRTAC-a bildiriblər ki, ilk olaraq mayın 15-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunda "ASAN Viza” sistemi üzərindən vizaların verilməsinə başlanılıb və bu günə kimi 7000-dən çox elektron vizanın verilməsi təmin olunub.
"ASAN Viza” vasitəsi ilə hava limanlarında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin edilir.
Quraşdırılmış "ASAN Viza” terminalları xüsusi təyinatlı ümumvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nəğd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.
"ASAN Viza” portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dillərində fəaliyyət göstərir.
Özünəxidmət terminalları ilə yanaşı, müvafiq pəncərələrdə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə yardım göstərir. Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunur.
Qeyd edək ki, hazırda "ASAN Viza” portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.