• çərşənbə, 24 Aprel, 14:53
  • Baku Bakı 27°C

ASAN Radionun iki yaşı münasibəti ilə konsert keçirilib

26.12.17 13:10 649
ASAN Radionun iki yaşı münasibəti ilə konsert keçirilib
ASAN Radionun iki yaşı münasibəti ilə "Nargis Fond”un təşkilatçılığı "Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının səhnəsində "2 il Sizinlə” adlı möhtəşəm konsert proqramı keçirilib.
APA-nın məlumatına görə, konsertdən öncə şəhər sakinlərinə və qonaqlara "ASAN xidmət” və ASAN Radionun fəaliyyəti barədə məlumatlar verilib, video-audio təqdimatlar olub.
Konsertdə East or West, Sevda Yəhyayeva, Təranə Mahmudova, Samira, Samirə Əfəndi, Əhməd Mustafayev, Elçin Cəfərov, Nura Suri, Murad Arif, Şölə Səfərəliyeva, Nərmin Kərimbəyova, Tünzalə Ağayeva, Tofiq Hacıyev və XXL qrupu iştirak edib. ASAN Radionun DJ-ləri Dj Bazaur və Dj Spider super musiqilərlə Fəvvarələr meydanına toplaşanları coşdurublar.
Minlərlə insanın iştirak etdiyi konsertdə müsabiqələr keçirilib, qaliblərə qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olan ASAN Radio 2015-ci il 24 dekabr tarixində yayıma başlayıb.
banner

Oxşar Xəbərlər