• cümə, 29 Mart, 12:46
  • Baku Bakı 14°C

“ASAN” könüllülərinə sertifikatlar verilib

20.04.15 11:05 1626
“ASAN” könüllülərinə sertifikatlar verilib
Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi üzvlərinə sertifikatların təqdimat mərasimi keçirilib. Tədbiri açıq elan edən moderator Aytac Seyidəliyeva iştirakçılara ASAN könüllülərinin fəaliyyəti barədə məlumat verib, Binəqədi RİH-də keçdikləri üç aylıq təcrübədən danışıb.
Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev ASAN xidmət barədə məlumat verərək, bu xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin diqqət və təşəbbüsü ilə yaradılan bu xidmətin artıq dünyada Azərbaycanın brendi kimi tanındığına toxunan Ü.Mehdiyev ölkədə uğurlu gənclər siyasətindən bəhs edib. Məhz ölkə rəhbərliyinin yaratdığı imkanlar nəticəsində bu sahədə də gənclərə böyük önəm verildiyi vurğulanıb.
Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərov çıxışında Azərbaycanın çox sahələr üzrə böyük uğurlara imza atmasına diqqət çəkərək, bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığını qeyd edib. RİH başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin diqqəti və nəzarəti ilə fəaliyyət göstərən ASAN Xidmət sözün gerçək mənasında vətəndaşların işlərini asanlaşdırıb. Sözügedən qurumun nüfuzunun günbəgün artması gənclərdə də bu sahəyə maraq oyadıb. Maraq o qədər güclü olub ki, onlar hətta könüllü kimi fəaliyyət göstərməyə başlayıblar. Çıxışda bildirilib ki, ilk öncə dövlətin yaratdığı imkan və şərait sayəsində təhsil alan, biliklərə yiyələnən gənc ictimai faydalı işlə məşğul olaraq təcrübə keçdiyi quruma öz töhfəsini verir, digər tərəfdən təcrübə keçdiyi dövlət qurumunda iş həyatı ilə tanış olur, məsuliyyət, işdə daxili nizam-intizam qaydaları, subordinasiya kimi məsələləri öyrənir və bütün bunlara özləri də riayət edirlər.
“ASAN” könüllülərindən Bahadur Əlizadə, Aysel Məmmədova, Fərid Abbasbəyli, Zahirə Ağayeva və Könül Hüseynli çıxış edərək Binəqədi RİH-də keçdikləri iş təcrübəsindən danışıb, ötən üç aylıq zaman kəsiyində fərqli şöbələrdə təcrübə keçən ASAN könüllülərə göstərilən diqqət və qayğıkeş münasibətdən bəhs edib, bütün bunlara görə RİH rəhbərliyinə və kollektivə minnətdarlıqlarını bildiriblər. Həmçinin, vurğulanıb ki, bu təcrübə onlarda unudulmaz xoş təəssüratlar yaradıb.
“ASAN” könüllülərə sertifikatların təqdim olunması mərasiminin ardınca tədbir iştirakçıları çay süfrəsi ətrafında səmimi söhbət ediblər.
Kaspi.az

banner

Oxşar Xəbərlər