• şənbə, 20 Aprel, 05:29
  • Baku Bakı 15°C

ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirilib

04.08.17 17:02 1412
ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirilib
ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirilib. ASAN könüllüləri əvvəlcə Rəsulzadə qəsəbə bələdiyyəsinin fəaliyyəti ilə tanış olublar və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib. Ardınca ASAN könüllüləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov bələdiyyənin fəaliyyəti, iş mexanizmi və gənclərin bu sahədə aktivliyi haqqında geniş məlumat verib. Natiq çıxışında bildirib ki, ölkəmizdə bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsinə və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilir və Azərbaycan bələdiyyəçiliyinin özünəməxsusluğunun göstəricilərindən biri də bu sahədə ölkə əhalisinin mənafeyinə xidmət edən tədbirlərin həyata keçirilməsində davamlılığın və ənənəviliyin qorunub saxlanılması təcrübəsidir.
Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Bələdiyyələrdə yaradılmış "İctimai-humanitar” sektorlar haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin "İctimai-humanitar” sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.
Rəsulzadə qəsəbə Bələdiyyəsinin "İctimai-humanitar” sektorunun müdiri Günel Vahabzadə 2016-cı ilin avqust ayından Rəsulzadə bələdiyyəsində yaradılan "İctimai-humanitar” sektorun həyata keçirdiyi layihələrin təqdimatını edib.
Təqdimatdan sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırılıb. Gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam etdirilib.
Sonda xatirə fotosu çəkdirilib.
banner

Oxşar Xəbərlər