ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirilib
ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra
Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində
görüş keçirilib. ASAN könüllüləri əvvəlcə Rəsulzadə
qəsəbə bələdiyyəsinin fəaliyyəti ilə tanış olublar və onlara bələdiyyənin iş fəaliyyəti,
şöbələri haqqında geniş məlumat verilib. Ardınca ASAN könüllüləri ilə görüş
keçirilib. Görüşdə çıxış edən Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət
Hüseynov bələdiyyənin fəaliyyəti, iş mexanizmi və gənclərin bu sahədə aktivliyi
haqqında geniş məlumat verib. Natiq çıxışında bildirib ki, ölkəmizdə bələdiyyələrin fəaliyyətinin müasir tələblər
səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından istifadənin səmərəsinin
yüksəldilməsinə və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına
xüsusi diqqət yetirilir və Azərbaycan bələdiyyəçiliyinin
özünəməxsusluğunun göstəricilərindən biri də bu sahədə ölkə əhalisinin mənafeyinə
xidmət edən tədbirlərin həyata keçirilməsində davamlılığın və ənənəviliyin
qorunub saxlanılması təcrübəsidir.
Binəqədi
rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
baş məsləhətçisi Leyla Kərimova Bələdiyyələrdə yaradılmış "İctimai-humanitar”
sektorlar haqqında geniş məlumat verərək
bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin "İctimai-humanitar” sektorunun
fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.
Rəsulzadə
qəsəbə Bələdiyyəsinin "İctimai-humanitar” sektorunun müdiri Günel Vahabzadə
2016-cı ilin avqust ayından Rəsulzadə bələdiyyəsində yaradılan
"İctimai-humanitar” sektorun həyata keçirdiyi layihələrin təqdimatını edib.
Təqdimatdan
sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları
cavablandırılıb. Gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam etdirilib.
Sonda
xatirə fotosu çəkdirilib.