• cümə, 29 Mart, 15:53
  • Baku Bakı 14°C

“ASAN könüllüləri” icra hakimiyyətində təcrübə keçməyə başlayıblar - Fotolar

25.07.17 14:50 1513
“ASAN könüllüləri” icra hakimiyyətində təcrübə keçməyə başlayıblar - Fotolar
Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan "ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 10-cu qrupunun üzvləri ilə görüş keçirilib. Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara ətraflı məlumat verilib.

Könüllüləri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva da qəbul edib. O, gənclərin könüllü olaraq məhz Binəqədi rayon İcra Hakimiyyətini seçməsini sevdirici hal kimi qiymətləndirib və onlara bu işdə uğurlar diləyib.

Sonra gənclər Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıblar. Onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülüblər.





banner

Oxşar Xəbərlər