“ASAN könüllüləri” icra hakimiyyətində təcrübə keçməyə başlayıblar - Fotolar
Binəqədi Rayon İcra Hakimiyyətində
təcrübə keçməyə başlayan "ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi
çərçivəsində 10-cu qrupunun üzvləri ilə görüş keçirilib. Görüşdən öncə könüllü
gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına
istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara ətraflı məlumat verilib.
Könüllüləri Binəqədi rayon İcra
Hakimiyyəti başçısının müavini Aygün Əliyeva da qəbul edib. O, gənclərin
könüllü olaraq məhz Binəqədi rayon İcra Hakimiyyətini seçməsini sevdirici hal kimi
qiymətləndirib və onlara bu işdə uğurlar diləyib.
Sonra gənclər Binəqədi RİH başçısı Aparatında
iki aylıq iş təcrübəsinə başlayıblar. Onlar peşə istiqamətlərinə uyğun olaraq
öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülüblər.