• cümə, 29 Mart, 16:36
  • Baku Bakı 14°C

“ASAN könüllüləri” Binəqədi İcra Hakimiyyətində təcrübə keçirlər

22.01.15 12:05 1527
“ASAN könüllüləri” Binəqədi İcra Hakimiyyətində təcrübə keçirlər
Binəqədi Rayon İcra Hakimiyyətində “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin üzvləri ilə görüş keçirilib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov görüş zamanı gənclərə başladıqları işdə uğurlar arzulayıb. RİH başçısı Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolundan danışıb, gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirib. X.İsgəndərov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda da örnək kimi qəbul olunduğunu vurğulayıb. O, dekabr ayının 16-da ASAN Könüllülərinin I Ümumrespublika Forumunun keçirilməsini və Prezident İlham Əliyevin tədbirdəki çıxışını xatırladaraq, ölkə başçısının söylədiyi fikirlərin öz ictimai məsuliyyətini dərk edən gənclərdən ibarət könüllülərin fəaliyyətinə güclü stimul yaratdığını vurğulayıb.
“ASAN xidmət” mərkəzinin İnsan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev “ASAN Könüllüləri”nin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçəcəyi iş təcrübəsini yerli icra hakimiyyətləri ilə ilk əməkdaşlıq olduğunu bildirib.
Görüşdən sonra könüllü gənclər Binəqədi RİH başçısı Aparatının və YAP Binəqədi rayon təşkilatının inzibati binaları ilə tanış olublar.
Qeyd edək ki, yanvar ayının 21-dən etibarən 13 nəfər gəncdən ibarət “ASAN könüllüləri” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıblar. Onlar peşə istiqamətlərinə uyğun olaraq aidiyyəti şöbələr üzrə bölüşdürülüblər.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər