ASAN könüllüləri Binəqədi Gənclər Evində olublar - Fotolar
ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi
rayon İcra Hakimiyyətində təcrübəyə başlamış
10-cu qrup ASAN könüllüləri ilə Gənclər Evində görüş keçirilib. Görüşdə Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov,
Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi Leyla Kərimova və RİH-də təcrübə keçən ASAN könüllüləri
iştirak ediblər.
Könüllülər ilk öncə Binəqədi Gənclər
Evinin inzibati binası ilə tanış olublar və onlara Gənclər Evi haqqında geniş məlumat
verilib. Arınca Gənclər Evinin akt zalında ASAN könüllüləri ilə görüş keçirilib.
Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov Gənclər Evinin fəaliyyəti ilə
bağlı təqdimat edib və Gənclər Evinin həyata keçirdiyi layihələr haqqında geniş
məlumat verib.
Sonra Binəqədi rayon İcra Hakimiyyəti
Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Leyla Kərimova Binəqədi rayonunda Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə
uyğun olaraq aparılan abadlıq-quruculuq işlərindən, o cümlədən həyata keçirilən
layihələr, tədbirlər haqqında geniş məlumat verib. Eyni zamanda natiq Binəqədi rayonun rəsmi Facebook səhifəsinin təqdimatını
edib və sosial şəbəkələrdə rayonun fəaliyyəti haqqında geniş məlumat verib.
Təqdimatlardan sonra ASAN könüllüləri
ilə görüş çay süfrəsi ətrafında davam etdirilib.