• cümə axşamı, 25 aprel, 09:35
  • Baku Bakı 14°C

Aşağı sinif şagirdləri üçün summativlərdə dəyişiklik olacaq

24.05.18 13:56 459
Aşağı sinif şagirdləri üçün summativlərdə dəyişiklik olacaq
Azərbaycanda gələn tədris ilindən orta məktəblərdə azyaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur.
APA-nın məlumatına görə, bu barədəMilli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında təhsil naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır: "Hesab edirəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.
banner

Oxşar Xəbərlər