“Aşağı bal toplamaq karyeranız üçün şans ola bilər”-Xaricdə təhsil
2013-cü ildə imkanı olmadığı üçün hazırlıqlara sona
qədər gedə bilməyib, 413 bal toplayıb. İnsanlar yığdığı balı ələ salıb, amma
motivasiyasına təsir edə bilməyiblər. Hazırda İtaliyada Boloniya Universitetində
magistr təhsili alır. Növbəti il üçün Finlandiyada təqaüd udub. Deyir ki, az
bal yığıb, ruhdan düşməyin. Cücəni payızda sayarlar...
"Xaricdə təhsil” rubrikamızın qonağı "instaqram”ın fenomen səhifələrindən olan "Maraqlı tv”-nin həmtəsisçisi Kənan Səlimovdur.
- Təhsil və yaşayış xərclərinizi
necə ödəyirsiniz?
- 22 yaşınız var,
amma ölkədə kifayət qədər izləyicisi olan və tanınan "Maraqlı tv” səhifənin təsisçisisiniz.
Bu uğuru necə əldə etdiniz?
- Gələcəklə bağlı çoxlu planlarım var. Marketinq sahəsi üzrə çalışmağı düşünürəm. Konkret desək,
SMM və digital marketinqlə daha çox maraqlanıram. Amma peşəkar marketoloq olmaq
üçün öz üzərimdə çalışmalıyam. Avropanın bir sıra ölkələrində kurslarda iştirak
etməyi düºünürəm. Növbəti tədris ili üçün Finlandiyada təhsil alacam. Bu, mənim
sevdiyim sahədə ixtisaslaşmağıma kömək olacaq. Tanınmış marketoloqlar həmişə
bunu qeyd edir ki, marketoloq çox öyrənməklə bərabər, öyrəndiklərini təqdim etməyi
bacarmalıdır. Ümid edirəm ki, bu, məndə alınacaq.
Aygün ƏZİZ
"Xaricdə təhsil” rubrikamızın qonağı "instaqram”ın fenomen səhifələrindən olan "Maraqlı tv”-nin həmtəsisçisi Kənan Səlimovdur.
- Kənan, "insanlar
yığdığım balı ələ salırdı” deyirsiniz. Amma hələ xaricdə təhsildən öncə SABAH
qruplarında təhsil aldınız. Bu, necə baş verdi? Topladığınız bal və kənardan gələn
yersiz iradlar motivasiyanızı qırmadımı?
- Bəli, ələ salındığını bildirmişəm. Hansı ki, son
vaxtlar aşağı bal yığan tələbələr buna məruz qalır və bu, məni çox məyus
edir. Mənim də vaxtında yığdığım bal,
gözləntilərdən aşağı olduğuna görə, nə ətrafdakılardan təbrik, nə də motivasiya
ala bilmişdim. Məktəb vaxtı əla qiymətlərlə oxuduğum üçün hamının gözləntiləri
yüksək idi. Amma maddi çətinliklərə görə, hər kəsin fərdi müəllimlərlə
hazırlaşdığı ildə ən ucuz kurslardan birinə getməyə məcbur qaldım. Sonuncu və ən
vacib ay, atama cəmi 160 manat yük verməyim deyə, ailəmdən xəbərsiz kursdan
çıxdım. Çünki məndən başqa iki qardaşım da təhsil alırdı. Onları da düşünməli
idim. Açığı, ətrafdakı insanlara çox
fikir vermədim. Onların fikirlərindən çox, öz məqsədlərimə fokuslandım. Bəli,
SABAH qrupları mənim karyeramda dönüş nöqtələrindən biri oldu. İngilis dilində
təhsil almağa başladım və ikiqat təqaüd aldım. Bundan başqa üç aparıcı şirkətdə
təcrübə keçdim və müəyyən xərclərimi qarşılamağı bacardım.
- Təhsilin bir gəncin
həyatında önəmi nədir? Sizcə, toplanılan balın miqdarı insanın karyerasına mane
ola bilərmi?
- Təsəvvür edin, 18-25 yaşlarınızda çox çalışıb
hansısa bir mövqeyə gəlirsiniz və ömrü boyu onun meyvəsini yeyirsiniz. Fikrimcə,
insanın özünü inkişaf etdirməsi üçün ən yaxşı vasitə təhsil almaqdır. Gələcəkdə
necə biri olacağınız, gənc yaşınızda verdiyiniz qərarlardan asılıdır. Amma
bunun üçün zaman lazımdır. Siz aşağı bal da yığsanız, ruhdan düşməli
deyilsiniz. Hətta aşağı bal toplamağınız karyeranız üçün şans ola bilər. Məsələn,
yadımdadır ki, imtahan zamanı həyəcandan cavab kartına səhv cavablar yazdım. Nəticədə
marketinq ixtisasına qəbul oldum. İndi öz ixtisasımı elə sevirəm ki, hərdən, nə
yaxşı ki, "bu, baş verdi” deyib, motivasiya oluram.
- Sizcə, bir insanın
təhsilə yönəlməsində ailənin rolu nə qədərdir? Ailəniz sizə necə dəstək oldu?
- Yeniyetmə yaşlarında siz öz qərarlarınızı daha
yaxşı verə bilməzsiniz. O zaman ailə sizə dəstək olmalıdır. Məsələn, anam
İqtisad Universitetinin məzunu olduğu üçün əvvəldən həmin universitetə sevgim
var idi. O, hər zaman tələbəlik illərinin gözəlliyindən danışanda, mən də həvəslənirdim.
Təəssüf ki, 9-cu sinifdə oxuyanda atam işini itirdi. Bu, mənim maddi cəhətdən dəstəyimi
itirməyimə səbəb oldu, amma mənəvi gücləri mənə çox kömək oldu. Çox çətinliklər
çəkdim. İndi geriyə baxanda da bunu görüb hardan haraya gəldiyimi hiss edirəm.
Onlar hər zaman mənə inandılar! Ailənin dəstəyi çox önəmlidir.
- Necə oldu ki,
xaricdə təhsil almaq qərarına gəldiniz və nə üçün məhz İtaliya?
- Azərbaycanda təhsil alanda Avropa Birliyinin xətti
ilə bir neçə xarici ölkədə seminarlarda iştirak etmişdim. Getdiyim hər ölkədə
yeni bir şey öyrənə bilirdim. Hiss etdim ki, Avropada özümü bir qədər də
inkişaf etdirmək imkanım olacaq. Çoxsaylı seçimlər var idi. Amma mənim seçimim
Boloniya Universiteti oldu. Bura dünyanın ilk qeydiyyatdan keçmiş təhsil məkanıdır.
Bir çoxlarının xəyal etdiyi nöqtədir. Bir neçə mərhələli seçimdən sonra ən yüksək
balı əldə edib universitetə qəbulu qazandım. Çünki məqsədim var idi və məndən
müsahibə götürən italyanlar bəlkə də buna dəyər verdilər. Onlar mənə birinci
yeri verdikləri üçün mən də digər universitetlərdən imtina edərək bura gəldim.
- İtaliyada təhsil
sistemi necədir? Yəni İtaliyadakı təhsildə hansı nüansların Azərbaycanda
olmasını istəyərdiniz?
- İtaliya təhsilin beşiyi olan ölkələrdəndir. Azərbaycandan
çox fərqlidir. Oxuduğum universitetdə tələbəyə çox yüksək dəyər verilir. Azərbaycanda
bunu bir çox məqamlarda hiss edə bilmirdim. Resursların azlığı təhsilimə mane
olurdu. Məsələn, istərdim ki, tələbələrə şəhərin müxtəlif yerlərində 24 saat
xidmət göstərən kitabxanalar olsun. İtaliyada bu cür məkanların olması
motivasiyama təsir edir. Çünki evdə şərait olmadıqda, sakitcə kitab oxumaq üçün
geniş imkan əldə edə bilirəm. Ən əsası burada internet limitsizdir. Tələbələr
evlərində internetə qoşula bilməsələr, universitetə üz tuturlar. Bundan başqa
universitetdən nəyəsə ehtiyacım olanda, yazdığım emaillərə vaxtında cavab gəlir.
Günlərlə gözləmirəm. Amma Azərbaycanda belə deyil. Yadımdadır, bir dəfə xaricdə
treninq qazanmışdım, universitetdən bir sənədi almaq üçün məni dörd departamentə
göndərdilər. Amma nəticədə ilk gəldiyim şöbəyə qayıtdım. Hər şöbə işi başqa şöbənin
üstünə atırdı. Çünki bir çox işçilərin xəbərləri yoxdur ki, onlar tələbəyə xidmət
göstərirlər. İtaliyada bunu çox yaxşı başa düşürlər.
- Təhsil aldığınız
ölkədə sizi təəccübləndirən nə olub?
- Boloniya Universitetində qayıb limiti yoxdur.
Amma tələbələr hər gün dərsə gəlir. Öyrənməyə çox meyilli tələbələrlə birlikdə
təhsil alıram. Bu, müsbət mənada məni təəccübləndirir.
- Ümumiyyətlə,
italyanları necə xarakterizə edərdiniz? Bu ölkədə nədən razı, nələrdən narazısınız?
- İtalyanlar Avropada fərqli mədəniyyəti olan
xalqdır. Onlar bizdən daha soyuqqanlıdırlar. Burada ən çox narazı olduğum qiymətlərdir.
Razı olduğum məqam isə təmizlikdir. Demək olar ki, ətraf zibillənmir.
Ayaqqabımı təmizləməyə ehtiyacım olmur. Ətrafı ancaq gəlmələr çirkləndirir.
- Xaricdə təhsil
almaq istəyən gənclərə nə demək istəyərdiniz?
- Əgər məqsədləriniz varsa, arxasınca gedin!
- Təhsil haqqından azadam. Yaşam xərclərini özüm ödəyirəm
9-cu sinifdən bəri müxtəlif yerlərdə işləmişəm. Qazandığım pulları isə xərcləməmişəm.
Hamısını təhsilimə sərf edirəm.
- "Maraqlı tv”-ni boş vaxtımı səmərəli keçirmək üçün təsis
etmişdim. Sosial medianın potensialını hiss etmişdim. Bunun vasitəsilə insanlara məlumat verirəm, eyni
zamanda özümü də maarifləndirirəm. Mənim sirrim çox çalışmaq və planlı hərəkət
etmək oldu. Bir komandanın görə biləcəyi işi tam 3 il boyunca təkbaşına görməyə
çalışırdım. Çox sadə görünsə də, 3 il ərzində günorta 12-dən gecə 1-ə kimi
yatmamalı idim, çünki səhifənin aktivliyini saxlamaq üçün post paylaşmaq vacib
idi. İnsanlar buna qiymət verdilər. Açığı, təsəvvür etməzdim ki, 744 min insan
tərəfindən izlənilən platformaya sahib olaram.
- Səhifədə Azərbaycanla
bağlı ən son və maraqlı məlumatlar operativ şəkildə paylaşılır. Başqa ölkədə
yaşayıb, öz ölkəndə gündəmi tutmaq necə olur? Çətin deyil ki?
- İtaliyaya köçməmişdən əvvəl səhifənin taleyi məni
çox maraqlandırırdı. Çünki ölkələr arasında vaxt fərqi üç saatdır. Həm də bu fərq
səhifənin inkişafına mane olacaqdı. Ona görə, mütləq kimsə nəzarət etməli idi.
Hazırda qardaşım Səlimov Orxan səhifəni idarə edir. İşindən çox razıyam. Demək
olar ki, "Maraqlı tv” öz tempini itirməyib.
- Qürbətdə yaşayan azərbaycanlı
kimi ən çox nəyin həsrətini çəkirsiniz?
- Valideynlərim və yeməklərimiz üçün çox
darıxıram... Ümumiyyətlə, ölkədən kənarda olanda həyat səviyyəsi nə qədər yüksək
olsa da, öz ölkəndə olan doğmalığı burada əldə etmək çətindir.
- İtalyanların gözündə
Azərbaycan necədir? Azərbaycan haqqında bilirlərmi və nə soruşurlar?
- Bir çoxları Azərbaycanı "Eurovision” və "Formula
1”-dən tanıyır. Digərləri isə mediadan izləyir. Onların gözündə Azərbaycan çox
varlı ölkədir.
- Gələcək planlarınız
nədir?
Aygün ƏZİZ