• cümə axşamı, 25 aprel, 08:40
  • Baku Bakı 14°C

AŞ PA məruzəçisi Azərbaycana səfərini başa vurub

09.09.19 19:39 585
AŞ PA məruzəçisi Azərbaycana səfərini başa vurub
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Torild Sunna Evarsdottir Azərbaycana üçgünlük səfərini başa vurub.
Trend bu barədə AŞ PA-ya istinadən məlumat verir.
Məlumata əsasən, T.S.Evarsdottir səfər zamanı rəsmi görüşlərin təşkil olunması üçün Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib.
Məruzəçi bildirib ki, o, konstruktiv münasibətdən və həssas məsələlərin müzakirəsi üçün görüşdüyü şəxslərin hazırlığından məmnun olub.
Qeyd olunub ki, T.S.Evarsdottir həbsxanalara baş çəkib, eləcə də vətəndaş cəmiyyətinin fəalları, jurnalistlər, hüquqşünaslar və QHT nümayəndələri ilə görüşüb:
"Bu intensiv səfər mənim məruzəm üçün möhkəm əsas təşkil edib. Ümid edirəm ki, mövcud vəziyyəti təhlil edən və gələcək inkişaf üçün tövsiyələrin yer alacağı məruzəm bu ilin sonunadək AŞ PA-ya təqdim edəcəyəm”.
banner

Oxşar Xəbərlər