• şənbə, 20 Aprel, 12:10
  • Baku Bakı 23°C

AŞ PA-da sədr postuna səsvermə başa çatdı

27.01.14 13:57 1221
AŞ PA-da sədr postuna səsvermə başa çatdı
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyasında qurumun yeni sədrinin seçkisi ilə bağlı səsvermə başa çatıb.
Trend-in məlumatına görə, nəticələrin yerli vaxtla saat 13:00-15:30 aralığında elan olunması gözlənilir.
Qeyd edək ki, AŞ PA sədri postuna iki namizəd var. Bunlar Lüksemburq Deputatlar Palatasının deputatı xanım An Brasör (Anne Brasseur) və Böyük Britaniyadan olan deputat Robert Uolterdir (Robert Walter).
Xatırladaq ki, yerli vaxtla saat 11:45-də başlayan səsvermə saat 12:15-də bitib. İlk turda seçilmək üçün hər iki namizəddən biri 159 səs toplamalıdır.
Səsvermədə 317 parlamentari iştirak edib. Əgər sədr iki turda seçilməsə, bu halda Assambleyada üçüncü tur keçiriləcək və ən çox səs toplayan namizəd qalib gələcək.
AŞ PA sədri yenidən bir dəfə uzatmaqla bir il müddətinə seçilir.
banner

Oxşar Xəbərlər