AZE | RUS | ENG |

AŞ-nin baş katibinə “The Guardian”da cavab verildi

AŞ-nin baş katibinə “The Guardian”da cavab verildi
Səfir Tahir Tağızadə: “Qanun universal şəkildə tətbiq olunmadığı zaman repressiya vasitəsinə çevrilir”


Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadənin “The Guardian” qəzetində Avropa Şurasının baş katibi Tyornborn Yaqlandın məqaləsindəki qeyri-obyektiv xarakterli məqamlarla bağlı cavab məqaləsi dərc edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfir öz məqaləsində Azərbaycanda son 23 ildə insan hüquqları və demokratikləşmə sahəsində mühüm irəliləyişlərin əldə edildiyini, milli qanunvericiliyin Avropa Şurası və Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmaqla, beynəlxalq standartlara uyğunlaşdırıldığını vurğulayıb. T.Tağızadə Azərbaycanda həbslərin siyasi motivlərlə əlaqələndirilməsi cəhdlərinə cavab olaraq qeyd edib ki, məhkəmə prosesinin yekunlaşmasına imkan verilməlidir və hüquq-mühafizə orqanlarının işinə hər hansı kənar müdaxilə yolverilməzdir. Qanunun aliliyinin bərqərar olduğu bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da qanunu pozan şəxslərin peşəkar fəaliyyətlərinin arxasına sığınmalarının qəbul edilmədiyini diqqətə çatdıran diplomat bildirib ki, qanun yalnız universal şəkildə tətbiq olunduğu zaman qanun hesab olunur, əks təqdirdə, o yalnız repressiya vasitəsinə çevrilir. Səfir həmçinin qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev T.Yaqlandın insan hüquqları üzrə birgə işçi qrupunun fəaliyyətinin bərpa edilməsi ilə bağlı müraciətini qəbul edib və bunun özü hökumətdə bu məsələlərin sağlam və konstruktiv həlli istiqamətində siyasi iradənin olduğunu əks etdirir. T.Tağızadə sözügedən işçi qrupun fəaliyyətinin davam etdirilməsinə imkan verilməsinin zəruri olduğunu bildirərək Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti ilə birgə bu məsələləri həll etmək əzmində olduğunu diqqətə çatdırıb. Səfir bütün bu addımların kənar müdaxilə və yaxud hansısa xarici təşkilatı məmnun etmək istəyindən deyil, Azərbaycan hakimiyyətinin bu ideallara sadiqliyindən irəli gəldiyini vurğulayıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8931
GEL 1 1 Gürcüstan larisi 0.6302
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1934
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1784
CHF 1 1 İsveçrə frankı 1.6666
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2862